Dövlət İmtahan Mərkəzi

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının 2-ci mərhələsi keçirilib

18 İyun 2023 01:19

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 iyun 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının 2-ci mərhələsi (qanunvericilik üzrә) keçirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 87 nəzarətçi – müəllim, 13 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 

İlkin məlumatlara əsasən 1 nəfərin üzərində “ağıllı” saat aşkarlanıb və hazırda bununla bağlı araşdırma aparılır.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 3 həftə ərzində elan olunacaq.