Dövlət İmtahan Mərkəzi

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının ikinci mərhələsi keçirilib

20 Oktyabr 2024 14:09

Dövlət İmtahan Mərkəzi tərəfindən 20 oktyabr 2024-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi,17  buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 5 həftə ərzində elan olunacaq.