Dövlət İmtahan Mərkəzi

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının ikinci mərhələsi keçirilib

21 Dekabr 2024 14:13

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 dekabr 2024-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvanda 9 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 25 imtahan rəhbəri, 195 nəzarətçi, 31  buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 6 həftə ərzində elan olunacaq.