Dövlət İmtahan Mərkəzi

“Proqramların idarə olunması: Dövlət proqramları” mövzusunda təlim təşkil olunub

18 Dekabr 2025 16:07

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün “Proqramların idarə olunması: Dövlət proqramları” mövzusunda təlim keçirilib.

Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabarov tərəfindən iştirakçılara proqramların planlaşdırılması, proqram sturukturunun qurulması, büdcə və maliyyələşdirmə, risk idarəetməsi, icra və koordinasiya, monitorinq sistemi, qiymətləndirmə metodologiyası, uğur faktorları və   çətinliklər, dəyişikliklərin idarə olunması və s. məsələlər barədə ətraflı məlumat verilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.