Dövlət İmtahan Mərkəzi

Qabiliyyət imtahanları davam edir

1 İyul 2024 15:57

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə Bədən tərbiyəsi və idman istiqamətinin 6401-ci komissiyası üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 6 və 8 iyul tarixlərində xüsusi qabiliyyət imtahanı verəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Nəzərinizə çatdırırıq ki, iyunun 27-dən etibarən Tovuz Olimpiya İdman Kompleksində başlanmış bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları davam edir.

Qeyd: Apellyasiya müraciətləri yalnız abituriyentin imtahan verdiyi gün qəbul olunur.