Dövlət İmtahan Mərkəzi

Qabiliyyət imtahanlarına cəlb ediləcək nəzarətçilərlə təlimlərin keçirilməsinə başlanılıb

14 May 2026 16:41

Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorunun əməkdaşı Rəhimli Elşən tərəfindən 13-14 may 2026-cı il tarixlərində idman istiqaməti üzrə qabiliyyət imtahanlarına cəlb ediləcək nəzarətçilər üçün təlimlər keçirilib.

Təlimlərdə Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qaydada təşkil etdiyi qabiliyyət imtahanlarının xüsusiyyətləri, imtahanlara cəlb olunan nəzarətçilərin vəzifələri haqqında məlumat verilib. Həmçinin imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat nümayiş etdirilib, imtahanların təşkili və idarə edilməsi ilə bağlı praktik işlər haqqında izahat işi aparılıb,imtahanda baş verə biləcək hallarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, qabiliyyət imtahanlarında  iştirak edəcək  nəzarətçilər  Dövlət İmtahan Mərkəzinin vahid sertifikatlı “Zal nəzarətçiləri bazası”ndan müvafiq meyarlar nəzərə alınmaqla təsadüfi qaydada seçilib.