Dövlət İmtahan Mərkəzi

Rəngkarlıq ixtisası üzrə Naxçıvan şəhərində qabiliyyət imtahanı vermiş abituriyentlərin nəzərinə!

23 İyul 2026 16:36

22 iyul 2026-cı il tarixində Naxçıvan şəhərində “Rəngkarlıq” ixtisasının rəngkarlıq fənni üzrə keçirilmiş qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən apellyasiya komissiyası təşkil ediləcək.

Apellyasiya komissiyası 27 iyul 2026-cı il tarixində saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək.

Tarix

Komissiyanın nömrəsi

Fənn

Ünvan

 27.07.2026

        10

 Rəngkarlıq

Dövlət İmtahan Mərkəzinin Naxçıvan MR Regional bölməsi, Naxçıvan şəhəri, Atatürk küçəsi,3

 Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb ərizə yazmalıdırlar.

Qeyd: Təsviri incəsənət müəllimliyi ixtisasının daxil olduğu 13-cü komissiya üzrə, həmçinin 9 illik bazada 211-ci komissiya üzrə apellyasiya müraciətlərinin elektron formada qəbul olunması nəzərdə tutulur. Hər iki komissiya üzrə qabiliyyət imtahanları yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.