Dövlət İmtahan Mərkəzi
Rus dili (xarici dil kimi) fənni üzrə elmi-metodiki seminar keçirilib
16 Oktyabr 2019 21:22
Gündəlik məsələ ümumi (9 illik) orta təhsil səviyyəsi üçün tapşırıq nümunələrinin müzakirəsi olub.
Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak edib. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilib və təkliflər verilib.
Növbəti seminarda (23 oktyabr 2019-cu il tarixdə, saat 15:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək.
