Dövlət İmtahan Mərkəzi

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri elan olunub

1 İyul 2024 12:43

Dövlət İmtahan Mərkəzi SABAH qruplarına qəbul olmaq üçün iyunun 30-da keçirilmiş imtahanın nəticələrini elan edib.

İmtahan iştirakçıları Mərkəzin internet saytında  topladıqları bal və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

İştirakçılar imtahandan topladıqları bal haqqında məlumatı mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 2025 tələbədən 539 nəfəri imtahana gəlməyib.