Dövlət İmtahan Mərkəzi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbul olmaq üçün keçiriləcək test imtahanında iştirak edəcək namizədlərin nəzərinə!
24 Aprel 2026 10:25
Məlum olduğu kimi, test imtahanı 1 may 2026-cı il tarixində DİM tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə elektron formada keçiriləcəkdir.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
