Dövlət İmtahan Mərkəzi
Şəki şəhərində yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil edilib
9 Aprel 2018 23:53
Hazırlıq kurslarında elektron qeydiyyatdan keçmiş, yeni proqramla (kurikulum) tanış olan, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər iştirak ediblər. İştirakçılara fənn kurikulumu, imtahanda yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib, yeni tipli tapşırıqların formaları, məzmunu, mətn seçimi və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı mühazirələr təqdim edilib. Onlar kalibrləmə prosesində iştirak ediblər.
