Dövlət İmtahan Mərkəzi

Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib

5 İyun 2024 04:30

Struktur bölmə: Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektoru

Vəzifənin adı: məsləhətçi

Qulluq funksiyaları:

• Situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlamaq, digər əməkdaşların hazırladıqları test tapşırıqlarının ekspertizasında iştirak etmək;

• Müxtəlif qiymətləndirmə alətləri (rol oyunları, qərarvermə testləri, simulyasiya tapşırıqları və s.) hazırlamaq;

• Ümumi səriştələrin ölçülməsi üzrə alətlərin hazırlanması üçün dövlət qulluqçuları ilə müsahibələr keçirmək, real iş situasiyalarından ibarət məlumat bazası yaratmaq;

• Ümumi səriştələr və digər mövzular üzrə dövlət qulluqçularına təlimlər keçmək;

• Müxtəlif qiymətləndirmə alətlərinin hazırlanması üzrə təşkilatdan kənar test müəllifləri ilə əməkdaşlıq etmək, onların hazırladıqları alətlərin ekspertizasında iştirak etmək;

• Ümumi səriştələrin qiymətləndirilməsi üzrə elektron imtahanların proqram təminatı üçün texniki tapşırıqlar hazırlamaq;

• Səriştə əsaslı müsahibələri keçirmək;

• İngilis dilindən mətnləri tərcümə etmək.

Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil

İş stajına dair tələb: tələb müəyyən edilmir

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office

Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz "Kadrlar uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda məsləhətçi" qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 15 iyun 2024-cü il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

Dövlət İmtahan Mərkəzində mövcud olan digər vakansiyalarla buradan tanış ola bilərsiniz.