Dövlət İmtahan Mərkəzi

“SOCAR” əməkdaşlarının 7 və 8-ci siniflərdə təhsil alan övladlarının müsabiqə əsasında Almaniyada yay düşərgəsi proqramında iştirakı üzrə test imtahanı keçirilib

28 Aprel 2024 21:01

Dövlət İmtahan Mərkəzi tərəfindən 27 aprel 2024-cü il tarixində “SOCAR” əməkdaşlarının 7 və 8-ci siniflərdə təhsil alan övladlarının müsabiqə əsasında Almaniyada yay düşərgəsi proqramında iştirakı üzrə test imtahanı keçirilib.

İmtahan DİM-in inzibati binasında kompüter vasitəsilə elektron qaydada keçirilib 82 nəfər iştirak edib.

İmtahanın sonunda hər bir namizədə imtahan nəticəsi haqqında arayış təqdim edilib.