Dövlət İmtahan Mərkəzi
Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentində məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edilib
4 Fevral 2025 15:28
Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.
Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 18 fevral 2025-ci il tarixinədək hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
