Dövlət İmtahan Mərkəzi
Sürücülərin (o cümlədən operatorların) test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər
7 İyul 2026 15:27
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi sürücülər (o cümlədən operatorlar) üçün 14 iyul tarixində imtahan keçirəcək.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
