Dövlət İmtahan Mərkəzi

Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin (subbakalavrların) nəzərinə!

9 Yanvar 2026 14:46

2026/2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisaslarının müsabiqə şərtində (test balında) dəyişiklik edilib.

 İxtisasın adı

 Təhsil pilləsi və səviyyəsi

 Müsabiqə şərti (test balı)

 Xoreoqrafiya sənəti

 Bakalavriat

50 bal

 Aktyor sənəti

 Bakalavriat

100 bal

 Rəqs müəllimliyi

 Orta ixtisas təhsili (11 illik)

40 bal

 Rəqs müəllimliyi

 Orta ixtisas təhsili (9 illik)

50 bal

 Xoreoqrafiya sənəti

Orta ixtisas təhsili (9 illik)

50 bal

Bundan əlavə, bakalavriat təhsil səviyyəsi üzrə xoreoqrafiya sənəti ixtisasının ifaçılıq fənni üzrə qabiliyyət imtahanında abituriyentlər (subbakalavrlar) 3 müxtəlif xarakterli rəqs ifa edəcəklər. Xoreoqrafiya sənəti ixtisasının milli rəqs, balet pedaqogikası, modern rəqs və rəqs müəllimliyi sahələri üzrə tələb edilən rəqslər aşağıdakı kimi müəyyən edilib.

Milli rəqs, rəqs müəllimliyi:

1. Lirik rəqs (qızlar (atributsuz) və oğlanlar üçün 1 rəqs )

2. “Yallı”, “Qazağı”, “Şalaqoy”, “Qaytağı”(oğlanlar üçün 2 rəqs)

3. “Yallı”, “Qaval”, “Nəlbəki”, “Yaylıqlarla rəqs” (qızlar üçün 2 rəqs)

Balet pedaqogikası:

1. “Korsar”, “Don Kixot”, “Jizel”, “Şelkunçik”, “Min bir gecə”, “Qız qalası”, “Yeddi gözəl” baletlərindən variasiyalar (3 rəqs)

Modern rəqs:

1. Müasir cərəyanlara aid müxtəlif xarakterli 3 rəqs.

Qeyd edək ki, xoreoqrafiya sənəti ixtisasının baletmeyster sahəsi üzrə qabiliyyət imtahanında hər hansı bir dəyişiklik edilməmişdir.

Teatr, kino və xoreoqrafiya istiqamətinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Teatr, kino və xoreoqrafiya sənəti” adlı vəsaitdə nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləmək tövsiyə olunur.