Dövlət İmtahan Mərkəzi

Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinə aid 50, 51 və 52-ci qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə!

15 İyul 2026 17:52

50, 51 və 52-ci komissiyalar üzrə qabiliyyət imtahanı verən abituriyentlər imtahana buraxılış vərəqələrini  buradan çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat  göstərilir.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- Qabiliyyət imtahanına buraxılış vərəqəsi.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.