Dövlət İmtahan Mərkəzi

Test bankı şöbəsində baş məsləhətçi (müddətli əmək müqaviləsi əsasında) vəzifəsi üzrə vakansiya elan olunub

20 Fevral 2025 09:31

Struktur bölmə: Test bankı şöbəsi

Struktur vahid: Yoxlama-ölçmə materialları bazasının idarə olunması sektoru

Vəzifənin adı: Baş məsləhətçi (müddətli əmək müqaviləsi əsasında)

Qulluq funksiyaları:

  • Test bankının avtomatlaşdırılmış idarə edilməsi üçün və sektorun qarşısına qoyulan məsələlərin həlli üçün tələb olunan proqram təminatının hazırlanması;
  • Elektron imtahanların keçirilməsində istifadə olunan proqramın tətbiqi;
  • Bank üzrə statistik göstəricilərin alınması və çatışmamazlıqların ekspertiza aparan bölməyə bildirilməsi;
  • Sektora daxil olan imtahan materiallarının emalı və test bankına daxil edilməsi;
  • İmtahan materiallarının test bankında avtomatlaşdırılmış redaktə olunması; 
  • Test bankının məxfiliyinin təmin edilməsi;
  • Müxtəlif təyinatlı imtahanlar üzrə imtahan materiallarının gündəlik iş rejimində və qapalı şəraitdə (bunkerdə) hazırlanması;
  • Görülən işlər barədə müntəzəm olaraq hesabatların hazırlanması;
  • Lokal kompüter şəbəkələrinin qurulması və istismarı;
  • Yeni qurğuların və proqram təminatlarının instalyasiya edilməsi və s.;
  • Mərkəzin daxili nizam-intizam qaydalarına, həmçinin əmək və icra intizamına riayət edilməsi;
  • DİM-in keçirdiyi imtahan və tədbirlərdə iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.) .

Təhsilə dair tələblər: kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, informatika müəllimliyi ixtisasları üzrə ali təhsil

İş stajına dair tələbi:  Vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il

Kompüter biliklərinə dair tələblər: Microsoft Visual Studio, C#, PostgreSQL, MS Windows, MS Office, İnternet (orta səviyyədə)

Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B1, Rus dili – A2

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “Yoxlama-ölçmə materialları bazasının idarə olunması sektorunda baş məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına  5 mart 2025-ci il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.