Dövlət İmtahan Mərkəzi

Təsviri incəsənət müəllimliyi ixtisası üzrə Gəncə şəhərində qabiliyyət imtahanı verən abituriyentlərin nəzərinə!

24 İyul 2023 04:56

28-29 iyul 2023-cü il tarixlərində Gəncə şəhərində təsviri incəsənət müəllimliyi ixtisası üzrə qabiliyyət imtahanları keçiriləcək. İmtahanlar Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəbdə təşkil edilir.

Abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün ”İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Qabiliyyət imtahanlarının qrafiki ilə daha ətraflı buradan tanış ola bilərsiniz.