Təsviri sənət istiqaməti üzrə 1601, 1602 və 1701-ci qabiliyyət imtahanı komissiyalarından qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə!
1601, 1602 (yalnız bir komissiya üzrə qeydiyyatdan keçmiş) və 1701-ci komissiya üzrə Bakı şəhərində qabiliyyət imtahanı verəcək abituriyentlər qabiliyyət imtahanına buraxılış vərəqlərini buradan çap edə bilərlər.
1602-ci komissiya üzrə regionlarda imtahan verəcək abituriyentlərin buraxılış vərəqələri tezliklə qeydiyyatdan keçdikləri səhifədə yerləşdiriləcəkdir.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir. 1701-ci komissiya üzrə rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanlarında müvəffəq qiymət almış abituriyentlər ikinci imtahanda (yapma fənni üzrə) iştirak etmək hüququ qazanırlar. İkinci imtahanda iştirak etməyən abituriyentlərin yekun nəticəsi qeyri-məqbul hesab olunacaq.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- Qabiliyyət imtahanına buraxılış vərəqəsi.
Qabiliyyət imtahanlarının məzmunu ,qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.
