Dövlət İmtahan Mərkəzi

Təsviri sənət istiqaməti üzrə Lənkəran şəhərində qabiliyyət imtahanı verəcək abituriyentlərin (subbakalavrların) nəzərinə!

13 İyul 2026 11:38

Təsviri sənət istiqamətinin bakalavriat səviyyəsi üzrə 13, tam orta təhsil səviyyəsi üzrə 1602 və ümumi orta təhsil səviyyəsi üzrə 211-ci qabiliyyət imtahanları komissiyaları üzrə Lənkəran şəhərində imtahan verəcək abituriyentlər buraxılış vərəqələrini  buradan çap edə bilərlər. Buraxılış vərəqəsində  imtahanın keçiriləcəyi tarix, yer və saat  göstərilir.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Qabiliyyət imtahanına buraxılış vərəqəsi.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.