Dövlət İmtahan Mərkəzi

Təsviri sənət istiqaməti üzrə Naxçıvan şəhərində qabiliyyət imtahanı vermiş abituriyentlərin nəzərinə!

14 İyul 2025 16:04

8 və 10 iyul 2025-ci il tarixlərində Naxçıvan şəhərində keçirilmiş qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən apellyasiya komissiyası təşkil ediləcək. Komissiya 211, 1602 və 10-cu komissiyalar üzrə rəsm fənni ilə bağlı müraciətlərə baxacaq.

Apellyasiya komissiyası 15 iyul 2025-ci il tarixində saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

Tarix

Komissiyanın nömrəsi

Fənn

Ünvan

15.07.2025

211, 1602, 10

rəsm

Dövlət İmtahan Mərkəzinin Naxçıvan MR Regional bölməsi, Naxçıvan şəhəri, Atatürk küçəsi,3

 

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.

Qeyd: Təsviri incəsənət müəllimliyi ixtisasının daxil olduğu 13-cü komissiya üzrə  apellyasiya müraciətlərinin elektron formada qəbul olunması nəzərdə tutulur. 13-cü komissiya üzrə qabiliyyət imtahanları yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.