Dövlət İmtahan Mərkəzi
Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirakı nəzərdə tutulan zal nəzarətçilərinə keçirilən təlimlər davam edir
30 Mart 2023 04:44
Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorunun əməkdaşları tərəfindən Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarına cəlb ediləcək zal nəzarətçiləri üçün növbəti təlim keçirilib.
Təlimdə qabiliyyət imtahanlarının xüsusiyyətləri, zal nəzarətçisinin vəzifələri, abituriyentlərin davranış qaydaları haqqında geniş məlumat verilib, imtahanların təşkili və idarə edilməsi ilə bağlı praktiki işlər haqqında təqdimat nümayiş etdirilib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
