Dövlət İmtahan Mərkəzi

Təsviri sənət istiqaməti üzrə Şəki şəhərində qabiliyyət imtahanı vermiş abituriyentlərin nəzərinə!

24 İyul 2023 00:25

Şəki şəhərində 23 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları keçirilib.

Qeyd olunan imtahanda iştirak etmiş abituriyentlərin nəticələri ilə bağlı müraciətlərə baxılması üçün 25 iyul saat 14:00-dan etibarən onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlərdən Dövlət İmtahan Mərkəzinin Şəki Regional Bölməsinə gəlmələri xahiş olunur.