Dövlət İmtahan Mərkəzi
Təsviri sənət istiqamətinə 10, 11, 12, 13 və 211-ci komissiyalar üzrə qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə!
16 İyul 2023 01:28
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 10, 11 və 12-ci komissiyalara aid rəsm fənni üzrə keçirilmiş qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər rəngkarlıq (10 və 11-ci komissiya) və yapma (12-ci komissiya) imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Təsviri incəsənət müəllimliyi (13-cü komissiya) və 9 illik təhsil bazasında 211-ci komissiya üzrə qeydiyyatdan keçmiş abituriyetlərin də “İmtahana buraxılış vərəqəsi” qeydiyyatdan keçdikləri səhifələrində yerləşdirilib.
Qabiliyyət imtahanlarının qrafiki ilə buradan tanış ola bilərsiniz.
