Dövlət İmtahan Mərkəzi

Təsviri sənət istiqamətinə aid 10, 11 və 12-ci qabiliyyət imtahanı komissiyaları üzrə abituriyentlərin II imtahanlarının nəticələri ilə bağlı müraciətlərinə baxılacaq

20 İyul 2026 12:04

21 – 23 iyul tarixlərində Azərbaycan Rəssamlıq Akademiyasında keçiriləcək Təsviri sənət istiqamətinin 10 (rəngkarlıq), 11 (qrafika) və 12-ci (heykəltaraşlıq) komissiyaları üzrə qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası iyulun 23-də təşkil ediləcək.

Apellyasiya komissiyası saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

 Tarix

Vaxt

 Komissiyanın nömrəsi

 Fənn

 Ünvan

 23.07.2026

 09:00-16:00

10 - rəngkarlıq

11 - qrafika

 Rəngkarlıq

Azərbaycan Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24

23.07.2026

16:00-17:00

12 - heykəltaraşlıq

 Yapma

Azərbaycan Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli  və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.