Dövlət İmtahan Mərkəzi

Təsviri sənət istiqamətinə aid 14-cü qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçmiş abituriyentlərin (subbakalavrların) nəzərinə!

3 İyul 2026 17:55

14-cü komissiya üzrə imtahan verən abituriyentlərin qabiliyyət imtahanına buraxılış vərəqəsinin növbəli şəkildə aktiv edilməsi yekunlaşıb.  9 – 11 iyul tarixlərində keçiriləcək qabiliyyət imtahanlarında iştirak etmək üçün 14-cü komissiya üzrə qeydiyyatdan keçmiş sonuncu abituriyentlər (subbakalavrlar) Qabiliyyət imtahanına  buraxılış vərəqəsi ”  çap edə bilərlər.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Qabiliyyət imtahanına  buraxılış vərəqəsi;

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.