Dövlət İmtahan Mərkəzi

Təsviri sənət istiqamətinə aid 15-ci qabiliyyət imtahanı komissiyası üzrə rəsm fənnindən müsbət qiymət almış abituriyentlərin (subbakalavrların) nəzərinə!

10 İyul 2026 16:21

Təsviri sənət istiqamətinin 15-ci komissiyası  üzrə rəsm fənnindən müsbət qiymət almış abituriyentlər (subbakalavrlar) rəngkarlıq fənni üzrə imtahanda iştirak etmək üçün imtahana buraxılış vərəqələrini  buradan çap edə bilərlər. 

Buraxılış vərəqəsində  imtahanın keçiriləcəyi tarix, yer və saat  göstərilir. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Qabiliyyət imtahanına buraxılış vərəqəsi.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olunduqca cədvələ əlavə ediləcək.