Dövlət İmtahan Mərkəzi

Təsviri sənət istiqamətinə aid 210, 211 və 212-ci qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlərin nəzərinə!

12 İyul 2026 13:23

210, 211 və 212-ci komissiyalar üzrə Bakı şəhərində qabiliyyət imtahanı verən abituriyentlər buraxılış vərəqələrini buradan çap edə bilərlər.

Buraxılış vərəqəsində  imtahanın keçiriləcəyi tarix, yer və saat  göstərilir. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Qabiliyyət imtahanına buraxılış vərəqəsi.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olunduqca cədvələ əlavə ediləcək.