Dövlət İmtahan Mərkəzi
Təsviri sənət istiqamətinin 1601, 1602, 1701 və 15-ci komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə!
20 İyul 2023 02:10
167 saylı tam orta məktəbdə 1601, 1701 və 15-ci komissiyalara aid rəsm fənni üzrə keçirilmiş qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər rəngkarlıq (1601 və 15-ci komissiya) və yapma (1701-ci komissiya) imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
11 illik təhsil bazasında 1602-ci komissiya üzrə qeydiyyatdan keçmiş abituriyetlərin də “İmtahana buraxılış vərəqəsi” qeydiyyatdan keçdikləri səhifələrində yerləşdirilib.
Qabiliyyət imtahanlarının qrafiki ilə buradan tanış ola bilərsiniz.
