Dövlət İmtahan Mərkəzi

Təsviri sənət istiqamətinin 89, 1607 və 711-ci komissiyaları üzrə Lənkəran şəhərində qabiliyyət imtahanı vermiş abituriyentlərin nəzərinə!

11 İyul 2023 02:01

10 və 11 iyul 2023-cü il tarixlərində Lənkəran şəhər 4 saylı məktəb liseydə ali təhsil müəssisələrinin təsviri incəsənət müəllimliyi (89-cu komissiya), ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin dizayn (711 və 1607-ci komissiyalar) ixtisasları üzrə keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə iyulun 13-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin Lənkəran Regional Bölməsində baxılacaq.