Dövlət İmtahan Mərkəzi

Təsviri sənət istiqamətinin iki fənn üzrə imtahanı olan abituriyentlər ikinci imtahanda iştirak etmək üçün yenidən imtahana buraxılış vərəqəsini çap etməlidirlər

24 İyun 2024 16:29

Təsviri sənət istiqamətinin iki fənn üzrə imtahanı olan Qabiliyyət İmtahanı Komissiyasından (QİK) qeydiyyatdan keçmiş abituriyentlərdən birinci imtahanda müsbət qiymət alanları ikinci imtahanda iştirak etmək üçün yenidən imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Namizədlər ikinci imtahan üçün “İmtahana buraxılış vərəqəsi”ni imtahan tarixi müəyyən edildikdən sonra şəxsi səhifələrindən çap edə biləcəklər.

Bakalavriatura səviyyəsi üzrə iki fəndən imtahanı olan QİK-lər aşağıdakılardır:

İstiqamət üzrə ixtisaslar

Komissiyalar

Qabiliyyət imtahanları

Komissiyanın adı

komissiyanın kodu

Rəngkarlıq

Rəngkarlıq

10

1-ci imtahan - rəsm

2-ci imtahan - rəngkarlıq

 

Qrafika

Qrafika

11

Dekorativ-tətbiqi  sənət(sahələr üzrə)

Dekorativ sənət

15

Rəngkarlıq

Rəngkarlıq (NDU)

67

Heykəltəraşlıq

Heykəltəraşlıq

12

1-ci imtahan - rəsm

2-ci imtahan - yapma

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə iki fəndən imtahanı olan QİK-lər aşağıdakılardır:

İstiqamət üzrə ixtisaslar

Komissiyalar

Qabiliyyət imtahanları

Komissiyanın adı

Komissiyanın kodu

Rəngkarlıq (sahələr üzrə)

Dekorativ tətbiqi sənət (sahələr üzrə)

Teatr dekor sənəti

Dizayn (sahələr üzrə)

Qrafika üzrə texnik

Təsviri sənət

(ADRA-nəzdində İncəsənət kolleci)

1601

1-ci imtahan - rəsm

2-ci imtahan - rəngkarlıq

 

Heykəltəraşlıq

Heykəltəraşlıq

1602

1-ci imtahan - rəsm

2-ci imtahan - yapma

Bir neçə QİK üzrə qeydiyyatdan keçən abituriyentlərin eyni məzmunlu imtahanlarda təkrar iştirakının qarşısını almaq məqsədilə müvafiq fənlər üzrə bir komissiyadan alınan müsbət qiymətin digər komissiyaların da eyni fənninə şamil edilməsi nəzərdə tutulur.

10, 11, 12-ci komissiyalar üzrə rəsm fənni imtahanının məzmunu eynidir. Buna görə də abituriyentin rəsm fənni üzrə bu üç komissiyanın hər hansı birində  aldığı müsbət qiymət digər iki komissiyanın da bu fənn üzrə imtahanlarına şamil edilir.

14 və 15-ci komissiyalar üzrə rəsm fənni imtahanının məzmunu eyni olduğuna görə abituriyentin bir komissiyadan aldığı müsbət qiymət digər komissiyaya da şamil edilir.

14 və 15-ci komissiyalar üzrə abituriyentin rəsm fənnindən aldığı 6 bal və daha yuxarı qiymət 13-cü komissiyaya da şamil edilir.

10 və 11-ci komissiyalar üzrə rəngkarlıq fənnindən abituriyentin bir komissiyadan aldığı müsbət qiymət digər komissiyaya da şamil edilir. 

1601-ci komissiyasının rəsm fənnindən alınan müsbət qiymət 1602-ci komissiyanın rəsm fənninə şamil edilir.

210-cu komissiyasının rəsm fənnindən alınan müsbət qiymət 211-ci komissiyanın rəsm fənninə şamil edilir.

Diqqət:

–   Şamil edilən imtahan nəticəsi yalnız sonrakı imtahanlara tətbiq edilir, əvvəlki imtahanların nəticələrinə təsir göstərmir.

–   Şamil edilən komissiya üzrə abituriyent imtahan verərsə, aldığı qiymət müvafiq komissiya üçün əsas götürülür. Bu halda şamil olunmuş qiymət imtahan verilən müvafiq komissiya üçün qüvvədən düşür.

–   Qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda mümkündür.