Dövlət İmtahan Mərkəzi

Təsviri sənət istiqamətinin magistratura səviyyəsi üzrə 70 nömrəli proqramın qabiliyyət imtahanlarının nəticələri ilə bağlı bakalavrların müraciətlərinə baxılacaq

20 İyul 2026 12:09

İyulun 17-də Azərbaycan Rəssamlıq Akademiyasında  Təsviri sənət istiqamətinin magistratura səviyyəsi üzrə 70 nömrəli proqramına aid keçirilən qabiliyyət imtahanlarının  nəticələri ilə bağlı Apellyasiya komissiyası təşkil ediləcək.

Apellyasiya komissiyası 23 iyul  2026-ci il tarixində  saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək.

 Tarix

Vaxt

 Komissiyanın(proqramın ) nömrəsi

 Fənn

 Ünvan

 23.07.2026

10:00-12:00

 70 nömrəli proqram

 

Azərbaycan Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli  və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Bakalavrların müraciətlərinə yerində baxılacaq.