Dövlət İmtahan Mərkəzi

Texnoloji nəzarət və imtahan materiallarının avtomatlaşdırılmış çapı şöbəsində böyük məsləhətçi və baş mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib

23 Dekabr 2025 13:43

Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 15 yanvar 2026-cı il tarixinədək vacancy@dim.gov.az  elektron poçt ünvanına göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

DİM-də hazırda mövcud olan digər vakant yerlər də saytın “Vakansiya” bölməsində yerləşdirilib.