Dövlət İmtahan Mərkəzi

Texnoloji nəzarət və imtahan materiallarının avtomatlaşdırılmış çapı şöbəsində müxtəlif vəzifələr üzrə vakansiyalar elan edilib

14 Aprel 2025 16:09

Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 28 aprel 2025-ci il tarixinədək hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.