Dövlət İmtahan Mərkəzi

Türkiyə-Azərbaycan Universiteti – elm, təhsil və sənayeni özündə birləşdirən universitet

2 Mart 2026 09:53

Əsas məqsədi ortaq akademik platforma yaratmaq, beynəlxalq təhsil standartlarına uyğunlaşmaq və əmək bazarının tələblərinə cavab verən innovativ model təqdim etmək olan Türkiyə-Azərbaycan Universiteti “çətir univeriseti” modelinə əsaslanır. Türkiyə tərəfindən Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti, Azərbaycan tərəfindən Azərbaycan Texniki Universiteti bu modelin əsas tərəfdaşlarıdır.

Türkiyənin nüfuzlu professor-müəllim heyəti öz akademik təcrübəsini, zəngin biliklərini, laboratoriya dərslərini və universitet-sənaye iş birliyini məhz TAU gəncləri üçün Azərbaycana gətirir. Kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi proqramları həyata keçirilən Türkiyə-Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar əsasında aparılır. Təhsil dövlət sifarişi əsasındadır və tədris tam ingilis dilindədir. Tələbələrin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir və ən əsası məzunlara həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunur.

Tel: (+994 12) 460 71 43

E-poçt: info@tau.edu.az