Dövlət İmtahan Mərkəzi

Ümumi (9 illik) orta təhsil bazasında Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qeydiyyat başlanır

18 İyun 2026 17:23

Ümumi (9 illik) orta təhsil bazasında Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər iyun ayının 18-dən 29-dək müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat prosesində buraxılış imtahanında (əvvəlki illərin məzunları üçün qəbul imtahanı) 50 və daha yüksək bal (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) toplayan abituriyentlər iştirak edə bilərlər.

Qeydiyyatdan keçən abituriyentlər Dini-Psixoloji Komissiyanın (DPK) müsahibəsində iştirak edəcəklər. DİM-in internet səhifəsində abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında əlavə  məlumat veriləcək. “İmtahana buraxılış vərəqəsi”ndə müsahibənin tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.

Müsahibədən məqbul qiymət alan abituriyentlər, digər ixtisaslarla yanaşı, Bakı İlahiyyat Kollecinin  dini-mənəvi xidmət  ixtisasını da seçə biləcəklər.