Dövlət İmtahan Mərkəzi

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub

8 Avqust 2023 04:20

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər. 

Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat 

 Təhsil forması  Qəbul planı   Qəbul olunub  Qəbulolma
faizi
   Azərbaycan bölməsi  Rus
 bölməsi 
 Bölmələr üzrə 
 cəmi

 Dövlət ödənişsiz  4595  4409  164  4573  99.52
 Dövlət ödənişli  5817  5504  169  5673  97.52
 Özəl  340  320  20  340  100.00
 Cəmi  10752  10233  353  10586  98.46

Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat

 Təhsil forması  Qəbul planı   Qəbul olunub  Qəbulolma
 faizi
   Azərbaycan bölməsi   Rus
 bölməsi 
 Bölmələr üzrə cəmi
 Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar   9201  8921  277  9198  99.97
 Xüsusi qabiliyyət tələb edən ixtisaslar  1551  1312  76  1388  89.49
 Cəmi  10752  10233  353  10586  98.46

Abituriyentlər 2023-cü il 14 avqust saat 15:00-dan 23 avqust saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.