Dövlət İmtahan Mərkəzi

Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda məsləhətçi (analıq məzuniyyətində olan işçinin yerinə) vəzifəsi üzrə vakansiya elan olunub

19 Sentyabr 2024 10:24

Struktur bölmənin (struktur vahidin) adı: Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektoru

Vəzifənin adı: Məsləhətçi (analıq məzuniyyətində olan işçinin yerinə)

Qulluq funksiyaları:     

• Situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlamaq, digər əməkdaşların hazırladıqları test tapşırıqlarının ekspertizasında iştirak etmək

• Qiymətləndirmə mərkəzi metoduna daxil olan müxtəlif qiymətləndirmə alətləri (rol oyunları, qərarvermə testləri, simulyasiya tapşırıqları və s.) hazırlamaq

• Ümumi səriştələrin ölçülməsi üzrə alətlərin hazırlanması üçün dövlət qulluqçuları ilə müsahibələr keçirmək, real iş situasiyalarından ibarət məlumat bazası yaratmaq

• Ümumi səriştələr və digər mövzular üzrə dövlət qulluqçularına təlimlər keçmək

• Müxtəlif qiymətləndirmə alətlərinin hazırlanması üzrə təşkilatdan kənar test müəllifləri ilə əməkdaşlıq etmək, onların hazırladıqları alətlərin ekspertizasında iştirak etmək

• Ümumi səriştələrin qiymətləndirilməsi üzrə elektron imtahanların proqram təminatı üçün texniki tapşırıqlar hazırlamaq

• Səriştə əsaslı müsahibələri keçirmək

• İngilis dilindən mətnləri tərcümə etmək

Vəzifənin tutulma şərtləri:      

Təhsilə dair tələblər:    psixologiya, menecment, insan resurslarının idarə edilməsi

İş stajına dair tələblər:   –

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office

Xarici dil biliklərinə dair tələblər: İngilis dili  B2

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 3 oktyabr 2024-cü il tarixinədək  göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.