Dövlət İmtahan Mərkəzi

"Vaxtın düzgün idarəolunması" mövzusunda vebinar keçiriləcək

16 Aprel 2023 00:40

Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən "Vaxtın düzgün idarəolunması" mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub. Vebinarda vaxtın düzgün idarəolunma qaydaları, vaxt itkisinin səbəbləri və prokrastinasiya haqqında danışılacaq.

Vebinar 20 aprel saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək və “e-psixoloq.az”ın “Instagram” səhifəsində canlı yayımlanacaq.

Vebinarın linki həmin gün vebinardan bir neçə saat öncə qeydiyyat zamanı təqdim olunan elektron poçt ünvanına göndəriləcək.

Qeydiyyat linki: https://e-psixoloq.az/#banner