Dövlət İmtahan Mərkəzi
Vəkillər Kollegiyasına üzv olmaq üçün keçiriləcək imtahanda iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər
24 Noyabr 2025 14:16
Dövlət İmtahan Mərkəzi noyabrın 28-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Kollegiyaya üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni bu linkə daxil olaraq çap edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
