Dövlət İmtahan Mərkəzi

Xaçmaz rayonunda “Şagird-məzun” dövlət elektron məlumat sistemi üzrə təlimatla bağlı seminar-treninq keçirilmişdir

26 Oktyabr 2019 02:58

Treninqdə Dövlət İmtahan Mərkəzinin Xaçmaz RB-si üzrə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının təhsil şöbələrinin məsul şəxsləri, bir sıra ümumtəhsil müəssisələrinin, həmçinin regionda fəaliyyət göstərən peşə liseyləri və internat məktəblərinin əlaqələndiriciləri iştirak etmişlər. Tədbirdə “Şagird-Məzun” dövlət elektron məlumat sistemindən istifadə qaydaları, DİM-in ümumtəhsil müəssisələri üzrə təqvim planına uyğun olaraq görüləcək işlər, qarşıda duran vəzifələr, tətbiq olunan yeniliklər və s. məsələlər barədə geniş məlumat verilmiş və iştirakçıların suallarına ətraflı cavab verilmişdir.