Dövlət İmtahan Mərkəzi

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının növbəti mərhələsi keçirilib

25 İyun 2026 16:32

Dövlət İmtahan Mərkəzi tərəfindən 25 iyun 2026-cı il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “dinləyib-anlama” və “oxuyub-anlama” bacarığı üzrə, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi keçirilib.

İmtahan nəticələrinin danışıq bloku üzrə imtahanın nəticələri ilə bir yerdə yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, namizədlərin danışıq bloku üzrə imtahanı 26 iyun 2026-cı il tarixində keçiriləcək.

İmtahan iştirakçıları aşağıdakı link vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlmə vaxtı qeyd olunub.

https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish/Login

Danışıq bloku imtahanının “demo-trenajor”u ilə buradan tanış olmaq mümkündür.