Dövlət İmtahan Mərkəzi

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir

14 Dekabr 2021 20:15

Dövlət İmtahan Mərkəzi tərəfindən 26 dekabr 2021-ci il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək.

Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 19 dekabr saat 18:00-dək davam edəcək. 

Məlumat üçün bildirək ki, imtahan müddəti 2 saat 30 dəqiqədir. Sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.

Namizədlər aşağıda qeyd olunan linkdəki müvafiq keçidlər vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan