Dövlət İmtahan Mərkəzi

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlərin nəzərinə!

2 Dekabr 2021 04:41

Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyi ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə test imtahanı 23 yanvar 2022-ci il tarixində keçiriləcək. 

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında  23 dekabr 2021-ci il saat 10:00-dan 12 yanvar 2022-ci il saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq. 

Qeyd edək ki, DİM tərəfindən 26 dekabr 2021-ci il tarixində xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 8 dekabr saat 10:00-dan 19 dekabr saat 18:00-dək həyata keçiriləcək. Sinaq imtahanı üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq. 

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan