Dövlət İmtahan Mərkəzi

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə işə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin nəzərinə!

24 İyun 2026 18:49

İştirakçılar 25 və 26 iyun tarixlərində keçiriləcək imtahanlar üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 25 iyun 2026-cı il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “dinləyib-anlama” və “oxuyub-anlama” bacarığı üzrə, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi keçiriləcək.

Danışıq bloku üzrə imtahan isə 26 iyun 2026-cı il tarixində keçiriləcək.

İmtahan iştirakçıları aşağıdakı link vasitəsilə hər iki imtahan günü üçün ayrıca olaraq “İmtahana buraxılış vərəqələri”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlmə vaxtı qeyd olunub.

https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish/Login

Xatırladaq ki, iştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Danışıq bloku imtahanının “demo-trenajor”u ilə buradan tanış olmaq mümkündür.