Dövlət İmtahan Mərkəzi

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün “Xidmət mədəniyyəti və vətəndaş məmnuniyyətinin təmin edilməsi şərtləri” mövzusunda təlim təşkil edilib

14 Sentyabr 2023 03:01

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar 14 sentyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin inzibati binasında Bakı şəhərində yerləşən yerli icra hakimiyyəti orqanlarının vətəndaşlarla bilavasitə işləyən 22 nümayəndəsi üçün “Xidmət mədəniyyəti və vətəndaş məmuniyyətinin təmin edilməsi şərtləri” mövzusunda təlim keçirilib.

Təlim zamanı iştirakçılar xidmət mədəniyyəti, onun xüsusiyyətləri, eləcə də vətəndaşlara xidmət zamanı məmnuniyyətin təmin edilməsi mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.