Dövlət İmtahan Mərkəzi

Yoxlama-ölçmə materiallarının işlənməsi departamentində aparıcı məsləhətçi (müddətli müqavilə əsasında) vəzifəsi üzrə vakansiya elan edilir

22 May 2025 12:41

Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının  işlənməsi departamentinin Orta təhsil üzrə şöbəsində aparıcı məsləhətçi (müddətli müqavilə əsasında) vəzifəsi üzrə vakansiya elan edilir.

Qulluq funksiyaları:

  • Biologiya fənni üzrə test tapşırıqlarının tərtib edilməsi və ekspertizası işinin təşkili;
  • Yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət edilməsi;
  • Ümumi metodiki göstərişlərin işlənib hazırlanması;
  • Səlahiyyətləri daxilində şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
  • DİM-in fəaliyyət sahəsinə aid digər işlərin həyata keçirilməsində iştirak etmək.

Tələblər:

  • Ali təhsil (biologiya müəllimliyi, biologiya);
  • Müvafiq sahə üzrə minimum 1 il iş stajı;
  • Müvafiq fənn üzrə təhsil proqramı ilə yaxından tanış olmalı;
  • Müvafiq fənn üzrə ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərlə yaxından tanış olmalı;
  • Test metodologiyası barədə ümumi məlumata malik olmalı;

Kompüter bilikləri: "MS Windows", "MS Office" proqramları, "Internet" və "Outlook" ilə işləmək bacarığı;

Dil bilikləri: Rus dili (B1 səviyyəsində), ingilis dili (arzuolunandır).

Müraciət qaydası:

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Orta təhsil üzrə şöbə, aparıcı məsləhətçi” qeyd etməklə 8 iyun 2025-ci il tarixinədək vacancy@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.